Fransa səfirliyinin müşavirləri Bakı Avrasiya Universitetində

fransa-sefirliyinin-musavirleri-baki-avrasiya-universitetinde
Oxunma sayı: 2055

Bu gün Fransanın Azərbaycandakı səfirinin Əməkdaşlıq və Mədəniyyət, eləcə də universitetlərarası əməkdaşlıq üzrə müşavirləri Yohan Şiterer və Morin Rabb Bakı Avrasiya universitetində olublar.

“Qafqazinfo” xəbər verir ki, qonaqları qəbul edən tədris işləri üzrə prorektor Nigar Hüseynli hər görüş zamanı əməkdaşlığın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını bildirib. 

Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu qeyd edən müşavir Yohan Şiterer  universitetdə Tərcümə kafedrasının təşəbbüsü ilə yaranan fransız dili mərkəzinin açılışına da müsbət münasibət bildirib.O, universitetlərarası əməkdaşlıq üçün böyük zəmin yaradıldığını və bunun təhsil sferasına, mədəniyyətlərarası əlaqələrin inkişafına dəstək verəcəyini bildirib. 

Görüşdən sonra universitetin rəhbərliyi və Fransa  səfirliyinin nümayəndələri fransız dili müəllimlərinin və tərcümə (fransız dili) ixtisasına yiyələnən tələbələrin təşkil etdiyi ədəbi-bədii kompozisiyada iştrak ediblər.