Fransa şirkəti Bakıda metro tikəcək

fransa-sirketi-bakida-metro-tikecek
Oxunma sayı: 644

“Fransa Azərbaycanda metronun yenidən qurulması işində əməkdaşlıqda maraqlıdır”. 

“Qafqazinfo” Fins.az-a istinadən xəbər verir ki, bunu Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşü zamanı deyib. 

O qeyd edib ki, ölkəsi Şimal-Cənub və Şərq-Qərb dəhlizi layihələrində iştirak etməkdə, habelə hava nəqliyyatı sahəsində əməkdaşlığa maraq göstərir. 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlər ətrafında geniş müzakirələr aparılıb.