Fransada 3 nəfər soyuqdan ölüb

fransada-3-nefer-soyuqdan-olub
Oxunma sayı: 845

Fransada daimi yaşayış yeri olmayan üç nəfər soyuq havalara görə ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, soyuq hava şəraiti ötən həftənin sonlarından başlayaraq ölkədə hakimdir. Bir çox bölgələrdə temperatur 0-ın altında düşüb. 

62, 35 və 53 yaşlı evsiz insanların soyuqdan donaraq ölməsi faktından sonra hökumət evsiz insanlar üçün 5,3 min yerlik istiliklə təchiz olunmuş çadırların ayrılmasına dair plan hazırlayıb.