Fransada aksiya öncəsi 25 nəfər saxlanıldı - 70 min polis səfərbər oldu

fransada-aksiya-oncesi-25-nefer-saxlanildi
Oxunma sayı: 842

Parisdə bu gün səhər, “sarı jiletlər”in etiraz aksiyası öncəsi altı nəfər saxlanılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, daxili işlər naziri Kristof Kastaner artıq paytaxtın mərkəzindəki Konkord meydanına gedib və təhlükəsizliyi təmin edən hüquq-mühafizə orqanları əməkdaşlarını salamlayıb. Gözlənilən yeni etirazlar üçün bütün Fransada 70 minə yaxın polis səfərbər edilib. 

Xatırladaq ki, Fransada etiraz aksiyaları noyabrın 17-dən başlayıb. Özlərini “Sarı jiletlilər” adlandıran hərəkat üzvləri benzinin qiymətinin qalxmasına etiraz edirlər. 

Polislə nümayişçilərin toqquşması fonunda davam edən aksiyalarda indiyə qədər 4,5 mindən çox insan saxlanılıb.

***

Fransada aksiya öncəsi saxlanılanların sayı 25-ə çatıb.