Fransada avtobus qəzası - 10 yaralı

fransada-avtobus-qezasi
Oxunma sayı: 684

Fransanın şimalında sərnişin avtobusu  qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Voix du Nord” nəşri məlumat yayıb.

İnsident Kale şəhərində qeydə alınıb. Avtobus və yük maşınının toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis qəzanın baş vermə səbəbini araşdırır.