Fransada azərbaycanlı, gürcü və ermənilər saxlanıldı - 300 nəfərlik əməliyyat +Video

fransada-azerbaycanli-gurcu-ve-ermeniler-saxlanildi
Oxunma sayı: 2374

Fransa, Belçika və Gürcüstan hüquq-mühafizə orqanlarının 300-dən çox əməkdaşının birgə keçirdiyi əməliyyatlarda cinayətkar qruplaşma üzvü olan 22 nəfər saxlanılıb.

“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, “VORS 69-01” adı verilən əməliyyat Fransanın Lion şəhərində keçirilib. Saxlanılan cinayətkar dəstə üzvləri Azərbaycan, Gürcüstan və Ermənistan vətəndaşları olublar. 

Onlardan 10-u Gürcüstan vətəndaşıdır. Aralarında ikisi -  Mindiya Nijaradze və Revaz Seskuriya “qanuni oğru” statusu daşıyır. 

Dəstə üzvləri mənzil qarəti, avtomobil oğurluğu, saxta sənəd hazırlamaq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olublar. 

Evlərində axtarış zamanı zinət əşyaları, odlu silah, bahalı avtomobillər, külli miqdar pul vəsaiti, saxta sənədlər, metadon narkotik vasitəsi, həmçinin 1500 qutu siqaret aşkar edilib. 

Onları 15 ilə qədər həbs gözləyir.