Fransada çimərlikdə qeyri-adi hadisə - Foto

fransada-cimerlikde-qeyri-adi-hadise
Oxunma sayı: 3699

Fransanın Nitsa şəhərinin çimərliyində diametri 5 metr, dərinliyi isə 2 metr olan quyu əmələ gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin meri Kristian Estrozi artıq hadisə ilə bağlı tvitterdə açıqlama da verib.

“Narahatlığa əsas yoxdur, bu təbii hadisədir. Xüsusi olaraq jurnalistlər üçün: bu tramvay izi deyil”,- deyə mer bildirib.

Çökmə yeraltı qrunt sularının nəticəsində əmələ gəlib. Hökumət geoloji araşdırmalar apardıqdan sonra cümə günü quyu doldurulacaq.