Fransada dünya çempionatı keçiriləcək

fransada-dunya-cempionati-kecirilecek
Oxunma sayı: 674

Bu yarışda kişilər arasında ölkəmizi İlqar Müşkiyev, Nicat Şıxəlizadə (hər ikisi 60 kq), Tərlan Kərimov (- 66 kq), Renat Mirzəliyev (73 kq), Elnur Məmmədli , Exlan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) təmsil edəcək. Bundan başqa, dünya çempionatında 2 xanım cüdoçumuz -Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (-63 kq) da tatami üzərinə çıxacaqlar.

Mötəbər yarışda 136 ölkənin 950 -yə yaxın idmançısı mübarizə aparacaq. Həmçinin, bu yarış Olimpiya oyunlarına lisenziya xalı verir. Yarışda birinci yeri tutan cüdoçu 500 xal, 2-ci yer 300 xal, 3-cü yer 200 xal, 5-ci yer 100 xal, 7-ci yer 80 xal, 1/16 60 xal, 1/32 40 xal qazanacaq.

Tatami ustaları dünya çempionatına hazırlığı davam etdirirlər. Son təlim-məşq toplanışları isə Şağan Olimpiya-Idman Kompleksində davam etdirilir.