Fransada hava limanında bomba həyəcanı - 2 terminal boşaldıldı

fransada-hava-limaninda-bomba-heyecani
Oxunma sayı: 711

Fransanın Nitsa şəhərindəki hava limanına bomba qoyulması barədə polisə məlumat daxil olub.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, faktla əlaqədar dərhal 2 terminal boşaldılıb və axtarışlara start verilib.

Bundan başqa, limana eniş edən təyyarələrdəki sərnişinlərin təyyarələrdən enməsinə icazə verilməyib.

Hava limanının ən qısa zamanda yenidən açılacağı bildirilib.