Fransada insanları girov götürən terrorçu öldürüldü - Yenilənib

fransada-insanlari-girov-goturen-terrorcu-olduruldu
Oxunma sayı: 2528

Fransanın cənubunda  Karkason şəhərində supermarketlərdən birinə silahlı hücum olub.

“Qafqazinfo”nun “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, naməlum silahlı şəxsin atəş açması nəticəsində 1 nəfər ölüb. 

“Demeche du midi” qəzeti bələdiyyə rəhbəri Treb Erikə istinadən xəbər verir ki, silahlı şəxs supermarketdə insanları girov götürüb.

Girov götürən şəxs özünün İŞİD-ə aid olduğunu bəyan edib.

Fransa prokurorluğu faktla bağlı cinayət işi açıb.

***

“İnterfaks” xəbər verir ki, hadisə nəticəsində daha 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

***

“BFM TV”nin məlumatına görə, supermarketdə girov götürülən 20-yə yaxın insan hadisə yerini tərk edə bilib.

***

Fransanın daxili işlər naziri Jerar Kolon bildirib ki, insanları girov götürmüş terrorçu güllələnərək öldürülüb.