Fransada kütləvi aksiyalar davam edir - Polislə toqquşmalar başladı + Fotolar

fransada-kutlevi-aksiyalar-davam-edir
Oxunma sayı: 1188

Fransada bir neçə gündür hökumət əleyhinə keçirilən aksiyaların miqyası genişlənib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, 130 şəhərdə minlərlə işçi hökumətin yeni qanunlarına etiraz olaraq kütləvi tətil edir.

Aksiyalarda dəmiryol, enerji, təmizlik, hava yolları, poçt, təhsil və ictimai sektor işçiləri iştirak edirlər.

Paytaxt Parisdə polislər etirazçı qrupa gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib. Toqquşmalar zamanı ətrafdakı iş yerlərinə ciddi ziyan dəyib.

Qeyd edək ki, 22 martdan etibarən başlayan kütləvi etirazların iyunun sonuna qədər davam edəcəyi bildirilir. Kütləvi tətil səbəbindən 5 universitetin fəaliyyəti tamamilə dayandırılıb. 

Xatırladaq ki, Fransa hökuməti bir çox sahələrdə işçilərə edilən güzəştlərin ləğvini nəzərdə tutan qanun layihəsini qəbul edib.