Fransada məhbus həbsxanadan helikopterlə qaçdı - Fotolar

fransada-mehbus-hebsxanadan-helikopterle-qacdi
Oxunma sayı: 3344

Fransanın paytaxtı Parisdə yerləşən Sud-Fransilyen həbsxanasında saxlanılan Redvan Faid adlı məhbus qaçıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 3 silahlı helikopterlə həbsxana ərazisinə enib və 46 yaşlı Faidi oradan qaçırıblar.

Həmin helikopter daha sonra Qonesse bölgəsində tapılıb.

Hazırda cinayətkarların axtarışı aparılır.

Qeyd edək ki, bu, Faidin həbsxanadan ilk qaçışı deyil. 2010-cu ildə bir soyğun zamanı polisi öldürdüyü üçün 25 illik həbs cəzası alan qanqster, 2013-cü ildə Sekvedin həbsxanasında 4 nəzarətçini girov götürmüş və qapıları dinamitlə partladaraq qaçmışdı. O, 6 həftədən sonra tapılaraq yenidən həbs edilmişdi.