Fransada ofisiantı güllələyən müştəri saxlanıldı

fransada-ofisianti-gulleleyen-musteri-saxlanildi
Oxunma sayı: 821

Fransa polisi ofisiantı öldürməkdə şübhəli bilinən şəxsi saxlayıb.

“Qafqazinfo” “BFM TV”yə istinadən xəbər verir ki, həmin şəxs Paris yaxınlığında, Şampini-sür-Marn kommunasında ələ keçib. Şübhəli şəxsin 30 yaşı var və bundan əvvəl də cinayət əməlləri törədib.

Xatırladaq ki, qətl hadisəsi avqustun 16-da Paris kafelərinin birində baş verib. Restorana gələn müştəri sendviç sifariş verib. Ancaq sifarişi gecikən müştəri əsəblərinə hakim ola bilməyib və silahını çıxararaq ofisiantı güllələyib. Çiynindən yaralanan ofisiant xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.