Fransada qatar qəzası - Ölən və yaralananlar var

fransada-qatar-qezasi
Oxunma sayı: 925

Fransanın Perpinyan şəhərində sərnişin qatarı şagirdləri daşıyan məktəb avtobusunu vurub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 şagird ölüb, 12 nəfər isə yaralanıb. Yaralılardan 7-nin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, zərbənin təsirindən avtobus iki yerə ölünüb. Qəza zamanı avtobusda 25 nəfər olub.

Hazırda xilasedicilər və təcili yardım həkimləri hadisə yerində müvafiq tədbirlər görürlər.