Fransada son iki gündə 2-ci nazir istefaya gedir

fransada-son-iki-gunde-2-ci-nazir-istefaya-gedir
Oxunma sayı: 631

Fransanın Ədliyyə naziri Fransua Bayru yeni hökumətdən gedəcəyini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nazir bununla bağlı bu gün mətbuat konfransı keçirəcək.

Xatırladaq ki, ötən gün Fransanın Müdafiə naziri Silvi Gular da istefaya getmək istəyini açıqlamışdı. 

Silvi Gular kimi Fransua Bayru da bu ilin mayın 17-də müvafiq posta təyin olunmuşdu.

Qeyd edək ki, Bayru partiya üzvlərinin saxta məşğulluğu ilə bağlı araşdırmaya başlanılan MoDem ( “Demokratik hərəkat”) partiyasının rəhbəridir.