Fransada sürücü avtomobili insanların üzərinə sürüb - Fotolar

fransada-surucu-avtomobili-insanlarin-uzerine-surub
Oxunma sayı: 648

Fransanın cənubunda yerləşən Marsel şəhərində sürücünün avtomobili dayancaqda gözləyən insanların üzrərinə sürməsi nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisəni törədən sürücü tutulub.

Məlumata görə, o, əvvəlcə maşını bir dayanacaqda dayananların üzərinə sürərək, bir nəfəri öldürüb. Sonra oradan uzaqlaşaraq avtomobillə başqa bir dayancaqda gözləyən insanları vurub. İkinci hadisə nəticəsində bir nəfər yaralanıb.

Polis sakinləri hələlik həmin ərazidə gəzintiyə çıxmamağa çağırıb.