Fransada sürücü maşını insanların üzərinə sürüb

Fransada sürücü maşını insanların üzərinə sürüb
Oxunma sayı: 468

Fransanın Nim şəhərində keçirilən festival zamanı 32 yaşlı kişi “Allahu Əkbər” qışqıraraq maşını insanların üzərinə sürüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sürücünün avtomobilini təxminən 50 nəfərdən ibarət kütlənin üzərinə sürməsi nəticəsində 2 nəfər yaralanıb. Kişi qaçmağa çalışsa da, hadisə şahidləri onu yaxalaya biliblər. Sürücünün yerli sakin olduğu bildirilir. 

Prokuror Erik Maureliyanın sözlərinə görə, kişi saxlanılan zaman anlaqsız vəziyyətdə olub. Bildirilir ki, o, hər hansı terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinmir. Sürücü  “öldürməyə cəhd” maddəsi ilə mühakimə ediləcək.

Aysel Kərimova


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi