Fransada sürücülərə telefon qadağası - Qanun sərtləşdirildi

fransada-suruculere-telefon-qadagasi
Oxunma sayı: 1592

Fransa Ali Məhkəməsi sürücülərin telefondan istifadəsini məhdudlaşdıran daha bir qərar verib.

“Qafqazinfo” “Anadolu” agaentliyinə istinadən xəbər verir ki, bu günə qədər qüvvədə olan qanuna əsasən sürücülər telefondan istifadə etmək üçün avtomobili kənara çəkməli və mühərriki söndürməli idi.

Lakin, yeni qanuna əsasən bundan sonra telefon danışığı üçün avtomobili dayanacaqlarda və hərəkətin az olduğu yollarda saxlamağa icazə veriləcək.

Qanuna riayət etməyəcək sürücülər 135 avro və 3 bal miqdarında cərimə ediləcəklər.

Qəza və digər vacib hallarda isə istisnalar qüvvədə olacaq.