Fransadan ABŞ-a xəbərdarlıq - “Müharibə ola bilər”

fransadan-abs-a-xeberdarliq
Oxunma sayı: 2887

Fransa Xarici İşlər naziri Jan-Yves Le Drian ABŞ-ın Yaxın Şərqdəki planlarını tənqid edib.

“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, nazir ABŞ-ın bölgəni yeni müharibə vəziyyətinə gətirdiyini söyləyib:

“Vəziyyət elə həddə çatıb ki, partlamağa hazırdır. Şiddətdən danışılır. Müharibə baş verə bilər”.

Le Drian həmçinin, ABŞ-ın Qüdsdə səfirlik açmasından sonra aksiya keçirən fələstinlilərin kütləvi qətlini pisləyib.

Qeyd edək ki, ABŞ-ın İranla imzalan nüvə sazişindən çıxmasından sonra Fransa bu qərara qarşı çıxmış və İranla əməkdaşlığa davam edəcəyini açıqlamışdı.