Fransadan Karakasa uçuşlar dayandırıldı

fransadan-karakasa-ucuslar-dayandirildi
Oxunma sayı: 644

Fransanın beynəlxalq aviaşirkəti “Air France” Venesuelada baş verənləri əsas gətirərək paytaxt Karakasa uçuşları bazar ertəsinədək təxirə salıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət rəsmisi mətbuata açıqlamasında Panamaya səfərlərin isə davam edəcəyini deyib. 

Xatırladaq ki, “Air France” 2017-ci ilin iyulunda da Karakasa uçuşları bir müddət dayandırmışdı.