Fransadan Suriya ilə bağlı açıqlama

fransadan-suriya-ile-bagli-aciqlama
Oxunma sayı: 1162

Suriyaya heç bir hərbi müdaxilə olmayacaq.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fransa XİN rəhbəri Jan-İv Le Drian söyləyib.

“Kimyəvi arsenala qarşı olan əməliyyatdan başqa heç bir hərbi müdaxilə olunmayacaq”,-deyə nazir qeyd edib.

Xatırladaq ki, aprelin 14-də ABŞ, Böyük Britaniya və Fransa Suriyaya 103 raket zərbəsi endirib. Suriya tərəfi raketlərin 71-nin vurulduğunu açıqlayıb.