Fransalı nazir canlı efirdə istefa verdi - Video

fransali-nazir-canli-efirde-istefa-verdi
Oxunma sayı: 1495

Fransanın ekologiya naziri Nikolya Yulo canlı efir zamanı istefa edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, nazir qlobal istiləşmə və ətraf mühitin mühafizəsi ilə bağlı gözləntilərinin gerçəkləşmədiyini buna səbəb kimi göstərib. Fransa prezidenti Emmanuel Makron da Yulonun qərarını canlı yayımdan sonra öyrənib. Nazir postunda özünü “tək hiss etdiyini” deyərək həyat yoldaşının belə bu qərardan xəbəri olmadığını söyləyib:

“Həyatımın ən çətin qərarını verirəm və istefa edirəm. Məni fikrimdən daşındıracaqlarını düşündüyüm üçün istefa qərarımı prezident Makrona və baş nazir Eduard Filippə bildirmədim”.

Artıq Yulonun bu qərarının xalq dəstəyi getdikcə azalan Makrona böyük bir zərbə olduğu danışılır. Hökumət sözçüsü Benjamin Qrivo nazirin qərarı ilə bağlı “Hələ ilk ildən böyük uğur qazanmasına baxmayaraq, niyə istefaya getdiyini başa düşə bilmirəm” deyib.