Fransanın Baş qərargah rəisi istefa verdi

fransanin-bas-qerargah-reisi-istefa-verdi
Oxunma sayı: 689

Fransanın Baş qərargah rəisi Pier de Vilie istefaya gedib.

“Qafqazinfo” xarici KİV-ə istinadən  xəbər verir ki, buna səbəb prezident Emmanuel Makronun hərbi büdcəni azaltmasıdır. Belə ki, ölkə başçısı büdcəni 850 milyon avro azaldıb. Bununla razılaşmayan qərargah rəisi büdcə azaldığı halda ordunun hazırlıq səviyyəsinin təmin edilə bilməyəcəyini deyib.

Daha sonra o, feysbuk hesabında “Heç kəs kor-koranə təqib edilməyə layiq deyil” yazaraq istefa ərizəsi verib.

Ərizəni qəbul edən prezident əlavə şərh vermədən: “Çirkli paltarları ictimaiyyət qarşısında təmizləmək mənim üçün yolverilməzdir”,-deyib. 

Aysel Kərimova