Fransanın “Fəxri legion” ordenini geri qaytardı - Artıq şərəf duymur

fransanin-fexri-legion-ordenini-geri-qaytardi
Oxunma sayı: 1659

Suriya prezidenti Bəşər Əsəd 2001-ci ildə Fransa tərəfindən ona təqdim edilən “Fəxri legion” ordenini geri qaytarıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Suriya hökuməti ordeni hazırda bu ölkədə Fransanın maraqlarını qoruyan Dəməşqdəki Rumıniya səfirliyinə verib.

Suriya bu addımı Fransanın aprelin 14-də ABŞ və Böyük Britaniya ilə birgə bu ölkəyə qarşı başlatdığı aqressiya ilə izah edib. Qeyd edilib ki, baş verənlərdən sonra Əsəd ABŞ-ın köləsi olan rejim tərəfindən təqdim olunan ordenin kavaleri olmaqdan şərəf duymur.