Fransanın yeni hökumətində 3 müsəlman nazir

fransanin-yeni-hokumetinde-3-muselman-nazir
Oxunma sayı: 639

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Fransada Fransua Olland prezident seçildikdən sonra Nazirlər Kabinetinin yeni tərkibi müəyyən edilib. 34 nazirdən ibarət kabinetdə nazirlərdən üçünün müsəlman olması diqqətdən yayınmayıb.

Fransua Ollandın seçkiqabağı kampaniya prosesində ən yaxın silahdaşlarından olan müşaviri Mərakeş əsilli Nəcat Vallad-Belkacem qadın haqlarından məsul nazir vəzifəsi ilə yanaşı, hökumət sözçüsü kimi də fəaliyyət göstərəcək.

Xəbərlərdə Əlcəzair əsilli Yəminə Bəngüinin isə ölkə xaricində yaşayan fransızlardan məsul nazir postuna gətirildiyi bildirilib. Həmçinin, ölkədə veteranlardan məsul dövlət naziri postunun da əslən Əlcəzairdən olan Qədər Arifə həvalə olunduğu xəbərlərdə öz əksini tapıb.

Bu arada Nazirlər Kabinetinin ilk toplantısını keçirən Fransanın yeni Baş naziri Jan-Mark Ayratın ilk işi nazirlərin məvaciblərini 30% azaltması olub.