Fransaya etiraz olaraq Azərbaycanda qəzet ağ çıxacaq

fransaya-etiraz-olaraq-azerbaycanda-qezet-ag-cixacaq-
Oxunma sayı: 635

Belə ki, gündəlik dərc olunan qəzetin sabahkı sayı ağ buraxılacaq. Bu barədə “Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev bildirib.

Baş redaktorun sözlərinə görə, sadəcə olaraq, qəzetin hər səhifəsində Fransanın bu qərarı əleyhinə bir şüar yazılacaq, eyni zamanda Azərbaycan ictimaiyyətinin məlum qərara təpkisini ifadə edən sitatlar yerləşdiriləcək: “Fransanın belə addım atması əslində tək Türkiyəyə yönəlik bir addım deyil. Eyni zamanda bu, bütün insanlığa, söz azadlığına, insan haqlarına qarşı təhqiramiz bir hərəkətdir. Təsəvvür edin ki, Fransaya gedən hətta rəsmi simalar belə, ya bu qondarma soyqırımı qəbul etməli olacaq, ya da cəza ilə üz-üzə qalacaq. Fransanın bu addımının özü əslində 21-ci əsrdə insan haqlarına qarşı həyata keçirilən dəhşətli bir soyqırımıdır. Buna görə də biz qəzet olaraq həmin addıma etirazımızı bu şəkildə bildirir və inanırıq ki, Azərbaycan mediası bütövlükdə sözügedən qərara qarşı sivil mövqeyini sərgiləyəcək”.