Fransız deputat Ermənistan vətəndaşı oldu

fransiz-deputat-ermenistan-vetendasi-oldu
Oxunma sayı: 1350

Fransanın keçmiş deputatı Fransua Roşblan Ermənistan vətəndaşlığı alıb.

“Qafqazinfo” erməni KİV-lərinə istinadən xəbər verir ki, ölkənin baş naziri Nikol Paşinyan Roşblanla görüşüb. Nazir ona Ermənistan pasportunu təqdim edib.

Qeyd edək ki, Fransua Roşblan Ermənistanın işğal etdiyi regionlara tez-tez həmrəylik səfərləri təşkil edir. O, Fransa-Arsax (Qarabağ) dostluq qrupunun sədridir.

Aysel Kərimova