Fransız qız Bakıda zorlandı

fransiz-qiz-bakida-zorlandi
Oxunma sayı: 650

Müraciətdən məlum olur ki, 26 yaşlı qız Bakıda butikləri olan məşhur brend mağazalar şəbəkəsinin meneceridir. Bir neçə gün əvvəl o, iş yoldaşları ilə birgə partidə iştirak edib. Şənlik zamanı 26 yaşlı fransalı qız iş yoldaşları ilə birgə içib.

Daha sonra isə iş yoldaşlarından biri R.A. V.K.-ni qonşu otağa dəvət edib. Burada R.A. fransalı qıza qarşı zorakılıq edib və onu zorlayıb. Şənlik bitən kimi fransalı qız başına gələnlər barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Araşdırmalar nəticəsində şənliyin Bakı şəhərinin Nərimanov rayonu ərazisində, Təbriz küçəsindəki binalardan birindəki mənzildə keçirilməsi müəyyən edilib. V.K. müvafiq ekspertizalardan keçirilməsi üçün aidiyyatı üzrə göndərilib. Həmçinin digər zəruri hərəkətlər edilir. Faktla əlaqədar araşdırmalar davam etdirilir.