Fransız şirkəti Ermənistanı məhkəməyə verdi

fransiz-sirketi-ermenistani-mehkemeye-verdi
Oxunma sayı: 650

“Qafqazinfo”nun erməni saytına istinadən verdiyi xəbərə görə, Ermənistanda biometrik məlumatlarla elektron pasportların sisteminin tətbiqinə dair tenderin nəticələrinə əsasən «Oberthur Technologies» şirkəti qalib elan olunmuşdu. Şirkətin qalib olaraq 2012-2016-cı illərdə fəaliyyəti ilə bağlı müqavilə imzalansa da, Polşa şirkəti «PWPW» yalnız bir il ərzində qalib elan edilib. Fransız şirkəti Polşa şirkəti ilə bağlanan 2012-2016-cı illər müqaviləsini öz hüquqlarının pozulması hesab edib və müsabiqənin qalibi olduğu üçün müqavilənin də ancaq onunla bağlanmalı olduğunu bildirib. Hüquqlarını bərpa etmək üçün şirkət Ermənistan hökumətini məhkəməyə verib.

Səidə