Fransızlar Makrona qarşı ayağa qalxdı - Aksiyalar başladı

fransizlar-makrona-qarsi-ayaga-qalxdi
Oxunma sayı: 1401

Fransada prezident Emmanuel Makronun apardığı sosial-iqtisadi siyasət əleyhinə etiraz aksiyaları keçirilir.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən mitinqlərdə 160 mindən çox vətəndaşın iştirak etdiyi bildirilib. Qeyri-rəsmi mənbələrdə isə bu rəqəm daha çox göstərilir. Aksiyalar Paris, Nitsa, Marsel, Tur, Renn və Bayon şəhərlərində başlayıb.

Nümayişçilər “Makron –sosial sistemin qatili” şüarı yazılmış plakatlar daşıyır. Onlardan bəziləri anarxiya maskaları geyiniblər. Bəzi yerlərdə polislə nümayişçilər arasında qarşıdurma yaranıb.