Fransızlar müsəlmanlara qarşı

fransizlar-muselmanlara-qarsi
Oxunma sayı: 646

İslaminsesi.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Fransanın İslam Şurası bu ilin ilk üç ayında ölkədə müsəlmanlara qarşı hücumların artdığını bildirib.

Şuranın polis və jandarmadan aldığı rəsmi məlumatlarda bildirilir ki, bu ilin ilk üç ayında 50 belə hücum halı qeydə alınıb.
Keçən il isə ümumilikdə 148 belə hadisə qeydə alınıb. Şura həmçinin sosial şəbəkələrdə də müsəlmanlara qarşı təhdid və hücumların artığını vurğulayıb.

Qeyd edək ki, Fransada əksəriyyəti Şimali Afrikadan olan 6 milyona yaxın müsəlman yaşayır.