Fransızların 65 faizi parlamentin qərarı ilə razı deyil

fransizlarin-65-faizi-parlamentin-qerari-ile-razi-deyil-
Oxunma sayı: 653

Türkiyə ilə Fransa arasında siyasi-diplomatik müharibənin başlanğıcı kimi dəyərləndirilən olaya münasibət birmənalı deyil. Artıq Türkiyə hökuməti başda baş nazir Ərdoğan olmaqla qəbul olunmuş qərara ən kəskin ifadələrlə reaksiya verib və Fransa ilə bütün sferalarda əlaqələrin məhdudlaşdırılması haqda qərar qəbul edib.
Maraqlı olan isə Fransa Parlamentinin gəldiyi qənaəti Fransa xalqının əksəriyyətinin bölüşməməsidir. Belə ki, dünən nüfuzlu sorğu təşkilatlarından birinin Paris küçələrində apardığı rəy sorğuları nəticəsində, respondentlərin 65 faizinin qondarma “erməni soyqırımı”nı tanımayanların cəzalandırılması haqqında qanun layihəsini təsdiqləməsini doğru olmayan addım adlandıraraq pisləyib. Sorğuya qatılanların əksəriyyətinin mövqeyi belə olub ki, qərar mənəvidən daha çox siyasi yüklüdür və səmimi deyil. Qeyd edək ki, parlamentin qəbul etdiyi qanun layihəsini qüvvəyə minməsi üçün Fransa Senatı təsdiq etməlidir.

azadliq.info