Fransua Holland Sarkozidən irəlilədir

fransua-holland-sarkoziden-ireliledir
Oxunma sayı: 656

“Azerimuslims.com” Türkiyənin “Zaman” qəzetinə istinadən bildirir ki, Fransada keçirilən prezident seçkiləri ərəfəsində aparılan anket sorğusunun nəticəsi məlum olub. Belə ki, sorğuda iştirak edənlərin əksəriyyəti seçkilərdə sosialistlərin nümayəndəsi Fransua Hollanda səs verəcəklərini bildiriblər.

Fransa mətbuatı Holland ilə prezident Sarkozi arasındakı fərqin getdikcə böyüdüyünü yazıb. “CSA” ictimai birliyi keçirdiyi anket sorğusu nəticəsində aprelin 25-də keçirilən seçkilərin ilk mərhələsində Hollandın 28%, Sarkozinin isə 25% səs toplayacağını proqnozlaşdırıb. Quruma görə, may ayının 6-da baş tutacaq prezident seçkilərinin ikinci mərhələsində Holland 57%, Sarkozi isə 43% səs toplayacaq.

Məlumat üçün deyək ki, Fransada prezidentlik postu uğrunda 10 namizəd mübarizə aparacaq.