Fuad Abbasovun evində axtarış aparıldı

fuad-abbasovun-evinde-axtaris-aparildi
Oxunma sayı: 1836

Rusiyanın Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasovun evində yerli-hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat azərbaycanlı jurnalistin sosial şəbəkə hesabında paylaşılıb.

“Bu gün axşam jurnalist Fuad Abbasovun Moskvada ailəsinin yaşadığı evinə müdaxilə ediblər. Müdaxilə nəticəsində bütün elektron avadanlıqlar aparılıb”, deyə məlumatda qeyd olunur.