Fuad Muradov Avropa Parlamentində səfərdə olub - Foto

fuad-muradov-avropa-parlamentinde-seferde-olub
Oxunma sayı: 1431

Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avropa Parlamentində səfərdə olub.

Qafqazinfo”ya daxil olan məlumata görə, səfər zamanı Fuad Muradov Avronest PA-nın həmsədri, Yaşıllar Siyasi qrupunun üzvü, almaniyalı deputat xanım Rebekka Harms ilə görüşüb. Görüş zamanı Avropa Parlamentinin üç deputatının Dağlıq Qarabağa qanunsuz səfəri və qeyri-leqal referendumda AP adından istifadə edərək qanuna zidd müşahidəçilik etmələri və üstəlik bəyanat yaymaları, Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin gələcək planları, AP ilə əlaqələrin möhkəmləndirilməsi prespektivləri və bu sahədə qarşıda duran çətinliklərin aradan qaldırılması üçün müzakirələr aparılıb.

Görüş zamanı Fuad Muradov Prezident İlham Əliyevin Brüsselə fevraldakı səfəri nəticəsində Aİ ilə əlaqələrdə xüsusi canlanma yarandığını, AP-də martın ayının əvvəlində baş tutan konfransın da bunun davamı olduğunu diqqətə çatdırıb. Xanım Harms deputatlarının bu cür saxta seçki müşahidələrində iştirakını AP-nin böyük hissəsi tərəfindən pisləndiyini və bunun gələcəkdə baş tutmaması üçün deputatların təlimatlandırıldığını bildirib. O, eyni zamanda Azərbaycanın Avronest PA-da olmasının, Azərbaycan- AP münasibətlərinin çox önməli olduğunu qeyd edib.

Səfər zamanı Fuad Muradov AP-də Sosialistlər və Demokratların Tərəqqi Birliyinin siyasi qrupunun vitse-prezidenti Viktor Boştina ilə görüşüb.

Görüş zamanı Azərbaycan-Rumıniya əlaqələri, Rumıniya üçün də çox vacib olan yeni enerji layihəsi, Sosilaistlər siyasi qrupu ilə əməkdaşlıq, AP- üzvlərinin işğal edilmiş ərazilərə qanunsuz səfərləri, Dağlıq Qarabağ münaqişəsi və AP-nin Azərbaycana daha çox diqqət ayırmasının vacibliyi qeyd edilib. Cənab Boştinaru Aİ-nin enerji təchizatının müxtəlifliyinin əhəmiyyəti, Dağlıq Qarabağ və keçmiş Sovet ölkələrindəki digər münaqişələrin eyni xarakterdə olması və eyni məqsədlərə xidmət etməsi, Qara dənizdəki siyasi və hərbi vəziyyət, Azərbaycanın AP ilə həm sosialistlər həm də digər formada işləməsinin vacibliyi və bütün münaqişələrə eyni cür yanaşılmasının lazım olduğunu bildirib.