Fuad Muradov gürcü həmkarı ilə memorandum imzaladı

fuad-muradov-gurcu-hemkari-ile-memorandum-imzaladi
Oxunma sayı: 1383

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Tbilisidə Gürcüstan parlamentinin Gənclər və idman komitəsinin sədri Mixeil Kavelaşvili ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, bu haqda komitə sədri özünün twitter səhifəsində məlumat verib.
 
Deputat komitələr arasında əməkdaşlıq memorandumunun imzalanmasını əhəmiyyətli adlandırıb: “Bu sənədin imzalanması ilə komitələr arasında əməkdaşlıq daha sıx olacaq”. 
 
M.Kavelaşvili öz növbəsində Gürcüstanın Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük önəm verdiyini bildirib: “Memorandum parlament komitələri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək”.