Fuad Muradov Milli Məclisdə seçiciləri ilə görüşüb - Fotolar

Fuad Muradov Milli Məclisdə seçiciləri ilə görüşüb
Oxunma sayı: 1325

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov Parlamentdə 25 seçici ilə görüşüb. 
 
“Qafqazinfo”xəbər verir ki, təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Gənclər və İdman Komitəsinə müraciət edən vətəndaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələləri dinləyib.

Ünvanlanan müraciətlər arasında əsasən iş, qeydiyyat, sənədləşmə, sosial məsələlər, idman, təhsil və s. məsələləri üstünlük təşkil edib.


 
Müraciət edən insanların problem və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən Fuad Muradov bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib. Aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb.
 
Qeyd edək ki, Fuad Muradov hər ay Milli Məclisdə mütamadi olaraq seçiciləri qəbul edir. Qəbula yazılmaq istəyənlər Milli Məclisin qəbul şöbəsinə, eyni zamanda Xətai rayonunda yerləşən millət vəkilinin qərargahına müraciət edə bilərlər.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi