Fuad Muradov Olimpiadada saxta bilet satışından danışdı

fuad-muradov-olimpiadada-saxta-bilet-satisindan-danisdi
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili bunu ölkəmizə qarşı yönəlmiş növbəti təxribat kimi dəyərləndirib: “Bu qeyri-peşəkar “jurnalistlərin” hazırladığı sujetlər Azərbaycanın uğurlarına kölgə salmaqdan başqa bir şey deyil. Sadəcə olaraq bəziləri və təəssüflər olsun ki, çox bu cür çirkin addımlar atmaqla Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Yəqin ki, düşüncəli insanlar bu cür qeyri-ciddi xəbərlərin təxribat olduğunu anlayırlar. Yadımıza salaq ki, bir müddət əvvəl boksla bağlı da bir iddia irəli sürülmüşdü. Nə oldu heç bir sübut olmadı və bunu təxribat olduğu ortaya çıxdı. Odur ki, növbəti dəfə belə bir addımın atılması yolverilməzdir və bunu edənlər yalnız bizim uğurlarımızı istəməyənlərdir. Olimpiyadada iştirak edən bütün idmançılarımıza uğurlar arzulayıram. İnanıram ki, Azərbaycanın bayrağı Londonda dəfələrlə ucalacaq”.