Fuad Muradov rus telekanalına qarşı

fuad-muradov-rus-telekanalina-qarsi
Oxunma sayı: 1633


Modern.az saytının məlumatına görə, iyulun 18-də Rusiyanin RBK telekanalında Qarabağ ermənilərinın separatçı nümayəndəsinin çıxışı yayımlanıb. Telekanal separatçı qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndəsini canlı yayıma çıxarıb. Dünyanın heç bir ölkəsinin tanımadığı separatçı rejimin təmsilçilərini “nazir” kimi təqdim edib. Canlı efirdə separatçı "Dağlıq Qarabağ" və "Dnestryanı" "respublikaları"nın iqtisadiyyatı və siyasi perspektivinə dair iki erməninin (Yan Melkumov və Melik Şahnazarov) iştirakı ilə müzakirələr aparılıb.

Qeyd edək ki, RBK TV Rusiyada müxalif media quruluşu kimi tanınır. Ancaq bu, görüntüdür. Əslində bu TV hakimiyyətin nəzarətindədir. Telekanalın rəhbəri isə ermənidir. Rusiyanın nüfuzlu bir telekanalının indiki zamanda bu şəkildə işlər görməsi haradan qaynaqlana bilər və bunun başında nə dayanır?


Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Fuad Muradov Modern.az-a açıqlamasında Rusiya telekanalının bu addımını pisləyib. Deputat bildirib ki, bu yolverilməz addım əslində Rusiya-Azərbaycan münasibətlərinin pozulmasına yönəlmiş növbəti cəhddir. ”İndiki mərhələdə belə bir addımın atılması təsadüfi sayıla bilməz. Çünki Azərbaycan bütün dövlətlərlə əlaqələrini genişləndirir, qonşulara münasibətdə öz dostluq siyasətini davam etdirir. Görünür, Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq hansısa qüvvələrə sərf etmir. Gizli deyil ki, Ermənistan bu məsələdən çox rahatsızdır və dəfələrlə rəsmi şəkildə bu narahatçılıq ifadə edilib.

Hesab edirəm ki, belə bir addımın atılması buradan qaynaqlanır. Ancaq şox uğursuz cəhddir, alınmayacaq. Bu TV əslində belə addımı ilə özünün nüfuzunu xərcləyir” deyə, millət vəkili onu da əlavə edib.