Fuad Muradov Strasburqda Azərbaycan icması ilə görüşdü

Fuad Muradov Strasburqda Azərbaycan icması ilə görüşdü
Oxunma sayı: 718

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Fransaya səfəri çərçivəsində Strasburq şəhərində Azərbaycan icması ilə görüşü keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, görüşdə Komitə sədri Fuad Muradov Azərbaycan dövlətinin diaspor siyasəti, bu siyasətin həyata keçirilməsində xaricdə yaşayan azərbaycanlıların rolu, onların şəbəkələşməsinin əhəmiyyəti və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak etmələrinin vacibliyindən danışıb.

Komitənin son bir ildə gördüyü işlərin əks olunduğu videorolik təqdim olunub, Azərbaycan icmalarının, diaspor təşkilatlarının və ayrı-ayrı şəxslərin Azərbaycan Diasporuna Dəstək Fonduna müraciət formaları barədə geniş izahat verilib.

Toplantıda bu gün dünyanın müxtəlif yerlərində, o cümlədən Fransadakı Koordinasiya Şuralarının fəaliyyətinin mərkəzləşdirilməsindəki rolu, qarşıya çıxan çətinliklər barədə danışılıb, “Soydaşlar haqqında qanun”un qəbulu ilə bağlı dövlət orqanlarına müraciət olunduğu bildirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri soydaşlarımızın təkliflərini dinləyib, icmaların daha səmərəli işləmələri üçün geniş imkanların yaradılması, xüsusilə azərbaycanlıların daha çox məskunlaşdığı yerlərdə yeni məktəblərin açılması ilə bağlı mövcud imkanlar müzakirə olunub.

Görüşdə Azərbaycanın Fransadakı səfirliyinin nümayəndələri də iştirak edib.

 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi