Fuad Muradov xaricdədir

fuad-muradov-xaricdedir
Oxunma sayı: 689

25 iyunda həmin tədbir çərçivəsində “Gələcəyin Yeni Liderləri” (New Leaders of Tomorrow) xüsusi görüşü keçiriləcək. Forumun İdarə Heyəti Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradovu gələn 3 il ərzində “Krans Montana Forumu”nun “Gələcək Yeni Liderlər”inin üzvü kimi təyin edib. Bu il 22 illiyini qeyd edən Krans Montanan Forumu 23-cü görüşü Bakıda keçiriləcək.
Görüş zamanı rəhbərlik rəsmiləri, biznes qurumları və beynəlxalq təşkilatlar arasında sabahkı Dünyanın necə olacağı ilə bağlı açıq debatlar keçiriləcək.

Məlumat üçün bildirək ki, adı çəkilən forumun əsası 1989-cu ildə qoyulub və hər il iyun ayında keçirilir. Bu forum rəhbərlik rəsmiləri üçün olan yeganə toplantıdır.

Fatimə Kərimli