Fuad Muradovun Türkiyəyə səfəri başa çatıb

fuad-muradovun-turkiyeye-seferi-basa-catib
Oxunma sayı: 1233

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Türkiyəyə rəsmi səfəri yekunlaşıb. 

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində Komitə sədrinin iştirak etdiyi tədbirlərdən biri də Antalyada keçirilib.

Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin  təşkil etdiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan təddbirdə rəsmi şəxslər, mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.

Rəsm sərgisi, milli rəqs və musiqi nümunələri maraqla qarşılanıb. Qonaqların diqqətini çəkən beynəlxalq sərgidə Azərbaycan Cümhuriyyətinin dəyərli rəssamlarının əsərləri nümayiş olunub.

Daha sonra Fuad Muradov Antalyadakı Azərbaycan diasporunun təmsilçiləri ilə görüşüb, onları maraqlandıran məsələlərlə dərindən maraqlanıb.