Fuad Poladov təqdimata niyə gəlmədi?

fuad-poladov-teqdimata-niye-gelmedi
Oxunma sayı: 745

Xalq artisti Fuad Poladov çəkildiyi “Nazlı” filminin təqdimat mərasiminə gəlməyib. Yayılan məlumatlara görə, aktyor xarici ölkələrin birində müalicə olunur.

“Qafqazinfo” xəbər verir ki, Fuad Poladov Yeniçağ.az-a açıqlamasında hazırda müalicə olduğunu bildirib:

“Xaricdə müalicə almamışam, yalan söhbətdir. Bakıdakı xəstəxanaların birində müalicə olunuram. Səs tellərimdə problem yaranıb, amma artıq düzəlirəm. Həkimlərin dediyinə görə, xəstəlik əsəb və gərginlikdən yaranıb”.

Xalq artisti səhhətində yaranan problemə görə teatrdakı rollarını da təxirə saldığını bildirib:

“Hələ ki, teatra gedib-gəlmirəm, çünki səs tellərimi qoruyuram”.