“Fuad Qəhrəmanlının həbs olunmamasına sevindim”

fuad-qehremanlinin-hebs-olunmamasina-sevindim
Oxunma sayı: 632

E. Namazov bildirib ki, hökmün qanunsuz olmasına baxmayaraq, müdafiə etdiyi Fuad Qəhrəmanlının həbs olunmamasına sevinib: “Ölkədə elə bir özbaşınalıq mühiti var ki, hətta bir nəfəri də bu rejimin caynağından qurtarmaq böyük nailiyyətdir. Düşünürəm ki, eyni hadisəyə Nəsimi Rayon Məhkəməsində də rast gələcəyik. Orada da sifariş əsasında qanunsuz hökm çıxarılacaq. Buna baxmayaraq, ümid edirəm ki, hüquqlarını müdafiə etdiyim Rüfət Hacıbəyli də azad olunacaq” .

E. Namazov həbs olunanların azad olunmasına qədər ciddi mübarizə aparılmasının və bu qanunsuzluğun gündəmdən düşməsinə imkan verilməməsinin zəruri olduğunu qeyd edib: “Yalnız ciddi fəaliyyət nəticəsində ədalətin bərpasına nail ola bilərik”.