“Fueqo” yenidən aktivləşdi - İnsanlar təxliyə edilir

fueqo-yeniden-aktivlesdi
Oxunma sayı: 922

Qvatemalada “Fueqo” vulkanı yenidən aktivləşib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu səbəbdən 2995 nəfər insan vulkan zonasından təxliyə edilib. Avtomobillərin vulkan yaxınlığındakı qəsəbələrə hərəkətinə məhdudiyyət qoyulub. 

Xatırladaq ki, iyunda “Fueqo”nun püskürməsi nəticəsində 160-dan çox insan dünyasını dəyişmişdi. 16,6 milyon nəfərə isə ziyan dəymişdi.