Fukusimada zəlzələ oldu

fukusimada-zelzele-oldu
Oxunma sayı: 1226

Yaponiyanın şimal-şərqində 5,1 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, təkanlar Fukusima prefekturasında qeydə alınıb.

Zəlzələ ocağı 40 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar barədə məlumat yoxdur. Sunami təhlükəsi gözlənilmir.