Funda Arar azərbaycanlı aparıcı ilə duet oxuyacaq

funda-arar-azerbaycanli-aparici-ile-duet-oxuyacaq
Oxunma sayı: 732

Bu barədə “Qafqazinfo”ya məlumatı Funda Aranın meneceri Filiz verib. O, bildirib ki, Vüqar İstanbulda olanda Funda Ararla görüşüb və dostlaşıblar: “Vuqar Türkiyə müsahibə üçün gəlmişdi. O zaman Funda xanımla görüşdü. Sonra müsahibə zamanı Vuqarla mahnı oxumağa başladılar. O zaman Funda xanım Vüqarın səsini çox bəyəndi. Sonra dostlaşdılar, telefonla tez-tez danışırdılar. Funda xanımla duet ifa edəcəklər. Ümüd edirəm ki, yaxşı bir iş ortaya çıxar”.

Vüqar Kamiloğlu isə bu barədə çox danışmaq istəmədiyini bildirib: “Hələ heç bir şey hazır deyil. Qabaqcadan danışmaq istəmirəm. Əslində bunu gizli saxlamq istəyirdim. Bu barədə dünən axşam Funda xanımla danışdım, duet təklifinin hələ də qüvədə olduğunu deyib. Görək də bir sürprizimiz olacaq”.

Qeyd edek ki Vüqar Kamiloğlu Funda Ararla “Atv maqazin” verilişində yayımlanan “İstanbulda bir gün” layihəsi çərçivəsində tanış olublar.

Aynur Babayeva