Futbol sevgisi 34 illik evliliyi bitirdi

futbol-sevgisi-34-illik-evliliyi-bitirdi
Oxunma sayı: 6008

“Sivasspor”un baş məşqçisi Rza Çalımbayla 34 illik həyat yoldaşı Leyla Çalımbay boşanıb.

“Qafqazinfo” “Türkiyə KİV-nə istinadən xəbər verir ki, cütlüyün boşanmasına səbəb baş məşqçinin həddindən artıq futbola bağlı olmasıdır. Belə ki, Leyla Çalımbay ətrafına “Rzanı çox sevirəm, amma işini çox sevir. Onun üçün varsa-yoxsa futboldur. Mən də onun daha rahat olması üçün boşanmaqərarı verdim” deyib.

Tərəflər məhkəmədə bir-birinə qarşı hər hansı maddi tələb irəli sürməyib. Qeyd edək ki, boşanma qərarı futbolçunun xanımı tərəfindən irəli sürüb. Rza Çalımbay da onun bu qərarına hörmətlə yanaşıb.