Futbol tarixində ilk - Hakim fasilədə penalti verdi-Video

Futbol tarixində ilk
Oxunma sayı: 1970

Almaniya çempionatının 30-cu turunda qeyri-adi hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, "Maynts” - "Frayburq” matçının fasiləsi zamanı baş hakim Quido Uinkmann videotəkrara (VAR) baxaraq qonaqların qapısına penalti təyin edib. Belə ki, qarşılaşmanın 45-ci dəqiqəsində meydan sahiblərinin hücumu zamanı top "Frayburq”lu müdafiəçinin əlinə dəyib. Hakim ilk anda epizodu nəzərdən qaçırıb və komandaları fasiləyə yollayıb.

Sonradan videotəkrara baxan hakim penalti qərarı verib. Bu səbəbdən komandalar paltardəyişmə otağından stadiona qayıdıb və De Blassis penaltini dəqiq yerinə yetirib. Bununla da meydan sahibləri heç-heçə başa çatan ilk hissəni 1:0 öndə tamamlayıb. İkinci yarıda daha bir qol vuran "Maynts" qələbə qazanıb - 2:0.

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi