Futbol tarixinin ən yaxşı bombardirləri

futbol-tarixinin-en-yaxsi-bombardirleri
Oxunma sayı: 635

“Qafqazinfo”nun verdiyi məlumata görə, “futbol kralı” Pele 560 oyunda 541 top vurmaqla ən məhsuldar futbolçu olub. 2-ci yerdə qərarlaşan Jozef Biskan isə 518 top vursa da, bu göstəriciyə cəmi 341 oyunda nail olub. Macar futbolunun əfsanəsi Ferents Puşkaş 533 oyunda 511 qol vurmaqla 3-cü ən yaxşı nəticəyə malikdir. Futbol azarkeşlərinə yaxşı tanış olan Romario siyahıda 4-cü (612 oyun, 489 qol), Ziko 9-cu (596, 406), Herd Müller 10-cu (507, 405), Alfredo Di Stefano 14-cü (521, 377), Eysebio 27-ci (373, 342), Yohan Kruyff 64-cü (506, 290), Alan Şirer 72-ci (553, 281), Rivaldo 76-cı (559, 272), Hakan Şükür 86-cı (564, 268) yeri tutub.

Ceyhun Əhmədov